Bina evlərinin enerji şəbəkəsinə qoşulması üçün haqq tələb olunmayacaq


Baxıldı : 68

Tarix : 2018-07-28 04:45:29


Nazirlər Kabineti “Məişət abonentlərinin tikinti obyektlərinin elektrik enerjisi alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nı təsdiq edib.

Qaydalara görə, sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (ETŞ) qoşulması ümumilikdə 24 gündən gec olmayaraq təmin edilməlidir. Texniki şərtlərin hazırlanması üçün haqq ödənilmir.

Sifarişçi “ASAN kommunal” mərkəzləri tərəfindən ona verilmiş texniki şərtləri itirdikdə, o, həmin sənədlərin dublikatının alınması üçün mərkəzlərə müraciət etməlidir.

Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasının 24 (iyirmi dörd) gün müddətində və daha az müddətdə həyata keçirilməsinə görə fərqli məbləğlərdə müəyyən edilir.