Bir daha rabitə işçilərinin  təhlükəsizliyindən danışıldı


Baxıldı : 94

Tarix : 2020-05-16 03:28:33


 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. Videokonfrans formatında keçən iclas zamanı Respublika Komitəsinin sədri Seymur Orucov gündəlikdə duran məsələlər barədə ətraflı danışmışdır. Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunmuşdur. 
İclasda pandemiya ilə əlaqədar ittifaq üzvlərinin təhlükəsizliyi üçün görülmüş əlavə tədbirlər, xüsusi qayğıya ehtiyacı olan rabitəçilərə maddi və ərzaq yardımlarının verilməsi, həmçinin qarşıda duran vəzifələr müzakirə edilmişdir.