Bir gümüş və bir bürünc


Baxıldı : 770

Tarix : 2019-04-12 17:56:23


Antalyada keçirilən cüdo üzrə “Qran-Pri” yarışında “Atilla” İdman Klubunun yetirmələri Rüstəm Orucov gümüş, Elmar Qasımov isə bürünc medal qazanıb.

Finala qədər Koreya, Qambiya, Ukrayna və Rusiyadan olan rəqiblərinə qalib gələrək uğurla irəliləyən R.Orucov (73 kq.) həlledici qarşılaşmada Koreya Respublikasının təmsilçisi Çanqrim Ana uduzaraq gümüş medala layiq görülüb.

E.Qasımov (-100 kq.) yalnız bir görüşdə uduzaraq bürünc medala layiq görülüb. Elmar 3-cü yer uğrunda qarşılaşmada Misir idmançısı Ramazan Dərvişə qalib gəlib.