Bir nazirl...


Baxıldı : 231

Tarix : 2016-07-22 01:02:00


Bir nazirliyin tabeçiliyində olan işçi əgər qanunazidd hərəkətlərə yol verib dövlət əmlakını mənimsəyərək yeyintiyə yol verib işdən azad olunursa, təkrarən həmin nazirliyin tabeliyində olan başqa təşkilatda mühasib vəzifəsində işləyə bilərmi? Bu barədə məlumat verməyinizi xahiş edirəm.Bilal HƏSƏNOV,Biləsuvar rayonu.- Nəzərinizə çatdırırıq ki, Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.Lakin dövlət qulluğuna, hərbi qulluğa, polis, prokurorluq və digər hüquq-mühafizə orqanlarında qulluq edənlərə işə qəbul zamanı həmin sahələrin hüquqi statusunu tənzimləyən normativ- hüquqi aktlarla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınır. Belə ki, \ Dövlət qulluğu haqqında\ qanunun 27.2.2. maddəsinə əsasən, məhkumluğu ödənilmiş və ya götürülmüş şəxslər dövlət qulluğuna qəbul edilə bilər.\ Polis haqqında\ qanunun 28-ci maddəsinə əsasən, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. Sorğunuzda bəhs etdiyiniz şəxsin hansı nazirliyin tabeliyində olan təşkilatda çalışdığını qeyd etmirsiniz. Bu, önəmlidir, çünki biz bütün nazirliklərin xüsusiyyətlərini göstərə bilmirik.Nəzərinizə çatdırırıq ki, bəhs etdiyiniz sahədə vəzifə tutmaq üçün normativ-hüquqi aktlarla müəyyən edilmiş hallar yoxdursa, qeyd etdiyiniz şəxsin təkrar həmin sahədə işləməsinə də heç bir məhdudiyyət yoxdur. Cəzanın hansı növləri mövcuddur? Cərimə də cəza növü sayılırmı?Cavad QƏNBƏROV,Masallı rayonu.- Cinayət Məcəlləsinə əsasən, cəza məhkəmə tərəfindən tətbiq edilən cinayət hüquq xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəza növü kimi cərimə də nəzərdə tutulmuşdur. Belə ki, adıçəkilən Məcəllənin 42-ci maddəsinə əsasən, cəzanın aşağıdakı növləri mövcuddur; Cərimə (42.0.1.); Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə (42.0.2.); Müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumedilmə (42.0.3.);İctimai işlər (42.0.4.);Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmə (42.0.5.);İslah işləri (42.0.6.);Hərbi xidmət üzrə məhdudlaşdırma (42.0.7.);Əmlak müsadirəsi (42.0.8.);Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma (42.0.9.);Azadlığın məhdudlaşdırılması (42.0.10.);İntizam xarakterli hərbi hissədə saxlama (42.0.11.);Müəyyən müddətə azadlıqdan məhrumetmə (42.0.12.);Ömürlük azadlıqdan məhrumetmə (42.0.13.).Bilmək istəyirəm, uşaqların ı təkbaşına böyüdən atalara yaşa görə müavinətin məbləği nə qədərdir, onun təyin edilməsi üçün hara müraciət etməliyəm və bunun üçün hansı sənədlər lazımdır?Böyükağa SƏLİMOV,Bakı şəhəri.- Uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə müavinətin məbləği 66 manatdır. Bu müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra özünün yaşayış yeri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzinə elektron qaydada və poçt vasitəsilə ərizə ilə müraciət edə bilər.Uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün aşağıda göstərilən sənədlərin təqdim edilməsi tələb olunur:atanın şəxsiyyət vəsiqəsinin surəti, doğum haqqında şəhadətnaməsinin surəti, ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;atanın işləyib-işləməməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı və ya məşğulluq orqanlarının məlumatı;ərizə nümayəndə vasitəsilə təqdim ediləcəksə nümayəndənin etibarnaməsi və şəxsiyyət vəsiqəsinin surəti;atanın 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarının surəti;uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;atanın növbəti nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı.Bacım heç işləməmişdi, yaşa görə müavinət alırdı. 4 aydır ki, rəhmətə gedib. Deyirlər ki, dəfn pulunu almaq üçün gecikmisiniz. Bilmək istəyirəm, bacımın oğlu anasının dəfn pulunu indi ala bilərmi? Bu pulu almaq üçün hara müraciət etmək lazımdır? Hansı sənədlər təqdim etmək lazımdır? Səlim ƏFƏNDİYEV,Şirvan şəhəri.- \ Sosial müavinətlər haqqında\ qanunun 9-cu maddəsinə əsasən, dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir və ödənilir. Ona görə də Sizin bacınız oğlu həmin müavinətin alınması üçün yaşayış yeri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzinə elektron qaydada və poçt vasitəsilə ərizə ilə müraciət edə bilər. Dəfn üçün müavinətin məbləği 132 manatdır.Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş \ Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları\ na 7 nömrəli əlavədə müavinətin alınması üçün müracət edəndə təqdim edilməli sənədlərin siyahısı müəyyənləşdirilmişdir. Həmin əlavəyə əsasən, dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi üçün aşağıda göstərilən sənədlərin təqdim edilməsi tələb olunur:vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti;dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;müavinət alan şəxsin dəfnini təşkil edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;əgər ərizə nümayəndə vasitəsilə təqdim ediləcəksə, nümayəndənin etibarnaməsi və şəxsiyyət vəsiqəsinin surəti.Amnistiya haqqında məlumat verməyinizi xahiş edirəm. Bu, kimlərə şamil olunur?Namiq BABAYEV,Şəki şəhəri.- Cinayət Məcəlləsində amnistiya və əfvetmənin hər biri ayrı-ayrı maddələrdə xarakterizə olunur.Amnistiya müəyyən kateqoriyalı şəxslərə şamil edilən normativ-hüquqi aktdır. Konstitusiyamızın 95-ci maddəsində amnistiya aktının verilməsi Milli Məclisin səlahiyyətinə aid edilmişdir. Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Bu akt, fərdən qeyri-müəyyən şəxslərə və hansı prosessual mərhələdə olmasından asılı olmayaraq, qeyri-müəyyən sayda cinayət işlərinə şamil edilir. Amnistiya aktı bu aktı tətbiq edəcək hüquq-mühafizə orqanları üçün məcburi xarakter daşıyır.Cinayət Məcəlləsinin 81.2. maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad oluna bilər.Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə bu aktla 1) cəzadan azad edilə bilərlər, 2) onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər, 3) belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər, 4) əlavə cəzadan azad edilə bilərlər.Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Verilən amnistiya haqqında qərarda azadetmə tədbirlərini həyata keçirəcək orqanların fəaliyyətlərinə dair göstərişlər də olur. Akt əsasında müstəntiq cinayət işinin icraatının dayandırılması və işin xitam olunması haqqında qərar qəbul edir, hakim məhkəmədə baxılan cinayət işinin dayandırılmasına və xitam edilməsinə dair qərardad qəbul edir. Azadlıqdan məhrumetmə yerlərində cəza çəkən məhkumların cəzadan azad edilməsi üçün xüsusi komissiyalar təşkil edilir və məhkumlar bu komissiyanın qərarı ilə cəzadan azad olunurlar.Amnistiya aktı ölkənin həyatında baş verən əlamətdar hadisələrlə bağlı və səlahiyyətli dövlət orqanlarının təşəbüssü ilə verilir.