Bir qızıl və bir bürünc


Baxıldı : 33

Tarix : 2017-11-10 21:30:21


Bakı şəhər Gənclər və  İdman Baş İdarəsi tərəfindən  Hövsan Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçirilib.

Mükafat uğrunda respublikanın idman cəmiyyətlərinin yetirmələri olan 111 idmançı mübarizə aparıb. Yekun nəticəyə görə "Məhsul" İdman Cəmiyyətinin güləşçisi Zaur Nuriyev (59 kq.)  çəki dərəcəsində I yerə layiq görülüb. Nəzərşah Fətəliyev ( 85 kq.) isə üçüncü sırada qərarlaşıb. Məşqçi-müəllim Sənan İsgəndərov yetirmələrinin  bu nəticəsindən razı qaldığını söyləyib.

Azər MUSTAFAYEV