Bir qızıl və bir gümüş medal qazanıblar


Baxıldı : 128

Tarix : 2018-03-09 23:50:32


Yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 50-yə yaxın komandanın qatıldığı yarışda 375 idmançı mükafatlar uğrunda mübarizə aparıb.

6 gün davam edən birincilikdə 2002-2003-cü il təvəllüdlü yeniyetmələr qüvvələrini sınayıblar. Boks Mərkəzində baş tutan yarışda 14 çəki dərəcəsində çempion və medalçılar bəlli olub.

Turnirdə komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi birinci yeri tutub. İkinci pillədə “Rabitə” İdman Klubu qərarlaşdığı halda, “üçlüy”ü “Neftçi” İdman Klubu qapayıb.

“Məhsul” İdman Cəmiyyətinin yetirməsi Mehman Quliyev (75 kq.) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Cəmiyyətin digər boksçusu Sənan Əhmədov 48 kq. çəki dərəcəsində mübarizə aparıb, yalnız final görüşündə uduzaraq ikinci yeri tutub.

AZƏR