Bir qrup həmkarlar ittifaqı fəalı mükafatlandırıldı


Baxıldı : 247

Tarix : 2018-03-17 00:22:37


Martın 14-də həmkarlar ittifaqi üzvlərinin sosial-iqtisadi hüquq və mənafelərinin təmin olunması istiqamətində gördükləri işlərə və həmkarlar ittifaqı işində yaxından iştirakına görə bir qrup həmkarlar ittifaqı lideri və fəalına “Həmkarlar ittifaqlarında xidmətə görə” medalı və AHİK-in “25 illik” yubiley döş nişanı təqdim edilmişdir.

Tədbiri AHİK sədri, millət vəkili Səttar Möhbalıyev açaraq, çoxsaylı həmkarlar ittifaqı üzvləri də daxil olmaqla, bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. S.Möhbalıyev Azərbaycanda ən böyük ictimai təşkilat olan AHİK-in fəaliyyət göstərdiyi 25 il ərzində qurumun inkişafı istiqamətində görülən işlərdən danışıb. Bu inkişafda xidməti olan şəxslərə öz təşəkkürünü bildirib.