Bir qrup metropolitençi Qusarda dincəlib


Baxıldı : 94

Tarix : 2018-06-09 01:57:13


28 May - Respublika Günü və Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar mayın 26-28-də “Bakı Metropoliteni” QSC-nin 127 işçisi, ailə üzvləri ilə birlikdə, Qusar Olimpiya İdman Kompleksinin istirahət mərkəzində dincəlib.

“Bakı Metropoliteni” QSC rəhbərliyi və Metropoliten İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan istirahət proqramının birinci günü metropolitençilər şəhərlə tanış olublar. Bayraq meydanına, Nəriman Nərimanov parkına gediblər. Onlar sonrakı günün böyük hissəsini Şahdağ Qış-Yay Turizm Kompleksində keçiriblər. Orada kanat yolu ilə hərəkət edib, Şahdağı və onun ətrafındakı gözəllikləri seyr ediblər.

Günün sonunda istirahət edənlərin iştirakı ilə maraqlı musiqili axşam təşkil olunub.