Birhəftəlik tətil planlaşdırılır


Baxıldı : 67

Tarix : 2017-10-20 17:44:51


Finlandiyada elektrik enerjisi sektorunda çalışanlar birhəftəlik tətil keçirmək barədə qərar qəbul edib. Finlandiya Elektrik İşçiləri Həmkarlar İttifaqının (FEİHİ) təşkil etdiyi tətilə səbəb əməkhaqqı və kollektiv sazişlə bağlı rəhbərliklə razılığın əldə olunmamasıdır. Tətilə polad sənayesi və lift istehsalı ilə məşğul olan firmalar qatılacaq. Bir həftə keçirilməsi nəzərdə tutulan tətildə "Caverion", Konecranes" "Kone" "Outokumpu" "Boliden" "Ovako" kimi firmalardan 1000-ə yaxın çalışan iştirak edəcək.

FEİHİ-dən mətbuata verilən açıqlamada tətilin enerji sahəsində fəaliyyət göstərən firmaların iş qrafikinə və nəzərdə tutulan qazancına mənfi təsir edəcəyi bildirilib, danışıqlar yolunun tərəflər üçün önəmi vurğulanıb.

Qeyd edək ki, tətilin noyabrın birində başlaması planlaşdırılır.

Cavid SƏFƏROV