Birinci d


Baxıldı : 639

Tarix : 2016-11-23 16:09:33


Birinci dəfə səsvermədə iştirak edəcəyəm. Yaşadığım ərazidən verilən namizədlərin ikisinə səs vermək istəyirəm. Evdə deyirlər ki, onda sənin səsin heç bir namizəd üçün keçərli olmayacaq. Mən iki namizədə səs verə bilərəmmi?Yasəmən HÜSEYNOVA,Lənkəran şəhəri.-Birinci dəfə səsvermədə iştirak edəcəyiniz üçün nəzərinizə çatdırırıq ki, seçki günü səsvermə saat 8-dən 19-a kimi keçirilir. Həmin müddət ərzində Siz şəxsiyyətinizi təsdiq edən sənəd və seçici vəsiqəsi ilə birlikdə səs verəcəyiniz məntəqə seçki komissiyasına gedib seçki bülleteni alaraq səs verə bilərsiniz. Hər bir seçici şəxsən və təklikdə səs verir.Sizi maraqlandıran məsələ, yəni Milli Məclisə seçkilər zamanı səsvermə qaydası Seçki Məcəlləsinin 167-ci maddəsində qeyd edilmişdir. 167.2-ci maddəyə əsasən, Siz seçici olaraq birmandatlı seçki dairəsi üzrə seçki bülletenində səs verəcəyiniz namizədin soyadından sağdakı kvadratda işarə qoyursunuz.Birdən çox boş kvadratda işarə qoysanız, səsiniz etibarsız sayılacaq və evdə deyildiyi kimi, heç bir namizəd üçün keçərli olmayacaq.Noyabr ayının birinci bazar günü Milli Məclisə deputat seçkiləri günü olduğunu bilirəm. Azərbaycan Respublikasının vətəndaşı olan dayım da bu seçkilərdə iştirak etmək istəyirdi. Odur ki, namizədliyini irəli sürdü. Lazım olan imzanı da toplamışdı. Lakin onun namizədliyi hansı səbəbdənsə qeydə alınmamışdır. Həmin hərəkətdən sonra məni belə bir sual maraqlandırır ki, Milli Məclisə deputatlığa namizədlərin qeydə alınmasında hər hansı bir qadağa mövcuddurmu? Bu hansı qanunda əks olunub? Siyavuş ƏLİYEV,Şirvan şəhəri.-Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid xüsusi tələblər mövcuddur ki, bu da Konstitusiyanın 85-ci maddəsində əks olunub. Qeyd olunan maddəyə uyğun olaraq Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.Dayınızın Azərbaycan Respublikası vətəndaşı olsa da, namizədliyi maddədə qeyd olunan tələblərdən hər hansı birinə cavab vermədiyi üçün qeydə alınmamışdır.14 yaşına çatmamış uşağım var. Əmək müqaviləsi ilə çalışıram. Bu yaşda uşağa qulluq etdiyim üçün rəhbərlik məni natamam iş gününə keçirə bilərmi? Həm də bilmək istəyirəm, uşağımı tibbi müayinədən keçirmək üçün aparanda əməkhaqqı tutulacaqmı?Surə VƏLİYEVA,Şirvan şəhəri.- Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır (ƏM. maddə 245).Azyaşlı uşaqları olan qadınlar üçün müəyyən edilmiş hüquqlar üzrə bütün təminatlar uşaqlarını müəyyən səbəbdən (uşaqların anası öldükdə, valideynlik hüququndan məhrum edildikdə, müəyyən müddət müalicə müəssisələrində və azadlıqdan məhrumetmə yerlərində olduqda) anasız təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına şamil edilir (ƏM. maddə 246).Seçkilər keçirilərkən hər bir məntəqədə xüsusi seçki otağı hazırlanır. Milli Məclisə seçkilər zamanı belə otaqların hazırlanması və bu otaqlarda hansı məlumatların olması hər hansı bir qanunda əks olunubmu?Nuray HƏSƏNOVA,Bakı şəhəri.-Milli Məclisə seçkilər zamanı səsvermə otağı Seçki Məcəlləsinin 98-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə qurumu tərəfindən məntəqə seçki komissiyasına əvəzsiz olaraq ayrılır. Səsvermə otağında səsvermə qutuları, kabinəsi, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulur. Bunlar elə yerləşdirilməlidir ki, seçicilərin səs verməsi hərəkətinə mane olmasın.Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən, məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki bülletenlərinin nümunələrini, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatları, müvafiq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin soyadı, adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri və tutduğu vəzifəsi (bu olmadıqda - fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhələrində yerləşdirir.Dövlət qulluğu vəzifəsində çalışıram. Dövlət qulluğunda 2 il xidmətə görə əlavə haqq alıram. Məzuniyyətə çıxarkən orta əməkhaqqım hesablananda bu əlavə nəzərə alınacaqmı?Nargilə HÜMBƏTOVA,Sumqayıt şəhəri.-Dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə əlavə haqq \ Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi Qaydaları\ na uyğun olaraq ödənilir.Əlavə haqq qulluq stajının müddətindən asılı olaraq, xidmətin ikinci ilindən başlayaraq hər ay ödənilir. Qulluq stajı 1 ildən 5 ilədək müddətə olduqda aylıq vəzifə maaşının 5 faizi miqdarında əlavə haqq ödənilir. Bu məbləğ xidmət illərinə uyğun olaraq artırılır. Qaydaların 4-cü maddəsinə əsasən, aylıq vəzifə maaşına əlavə haqq qulluq stajı-1 ildən-5 ilədək olduqda 5 faiz,5 ildən-10 ilədək olduqda 10 faiz,10 ildən-15 ilədək olduqda 20 faiz,15 ildən yuxarı olduqda 30 faiz olmaqla ödənilir.Yuxarıda qeyd etdiyimiz qaydalar dövlət qulluqçusuna dövlət qulluğunda xidmət illərinə görə verilən əlavə haqqın orta əməkhaqqına hesablanmasını da nəzərdə tutur. Qaydaların 12-ci maddəsinə əsasən: \ Dövlət qulluqçusuna qulluq stajına görə verilən əlavə haqq orta əməkhaqqı hesablanarkən nəzərə alınır\ .Məzuniyyətə çıxarkən ödənilən məbləğ orta əməkhaqqı ilə hesablandığı üçün Sizə verilən qulluq stajına görə əlavə haqq nəzərə alınacaqdır.3 körpə uşağım var. Əmək müqaviləsi ilə işləyirəm. Məzuniyyətə çıxmaq istəyirəm. Xahiş edirəm, izah edəsiniz, uşaqlı qadınlara neçə gün əlavə məzuniyyət verilir?Mətanət HACIYEVA,Lerik rayonu.- Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 14 yaşınadək iki uşağı olan qadınlara, uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Bu əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda saxlanılır (Əmək Məcəlləsi, maddə 117).Hamiləliyə və doğuşa görə 126 günlük məzuniyyətin qurtardığı gündən işə çıxıram. Deyilənlərə görə, işəgötürən məni daha yüngül işlə təmin etməlidir. Bu, düzgündürmü? Belə olan halda əməkhaqqı necə hesablanacaq?Zərifə HƏSƏNOVA,Sumqayıt şəhəri.- Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.Yaşyarımına çatmamış uşağı olan qadınlar əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaşyarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir.Qadınlar başqa yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əməkhaqqı saxlanılır.Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əməkhaqqının azaldılması qadağandır (ƏM. maddə 243).