Birinci yerə layiq görülüb


Baxıldı : 37

Tarix : 2018-06-09 01:40:55


Mayın 25-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-ləri təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib. Yaşı 15-ə qədər olan atletlər arasında 62 kq. çəki dərəcəsində qalib də müəyyən olub. Körpücük üzərinə çıxan “Spartak” İdman Cəmiyyətinin yetirməsi Kamil Nəbiyev toplam 178 kq. (78+100) nəticə ilə birinci yerə layiq görülüb.

 Azər MUSTAFAYEV