Birinci yeri tutub


Baxıldı : 22

Tarix : 2019-06-03 06:49:41


“Sərhədçi” Olimpiya İdman Mərkəzində 15 yaşadək yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib.

Yarışda respublikamızın müxtəlif bölgələrindən olan 464 cüdoçu mübarizə aparıb. Üç gün davam edən ölkə birinciliyində 66 klubun təmsilçiləri medallar uğrunda yarışıblar.

“Məhsul” İdman Cəmiyyətinin yetirməsi Zeynəbxanım Əsədova 63 kq. çəki dərəcəsində birinci yeri tutaraq Azərbaycan çempionu olub. O, yarışa məşqçi-müəllimi Mətanət Süleymanovanın rəhbərliyi altında hazırlaşıb.