Bizi öldürmək olar, amma ruhumuzu sındırmaq qeyri-mümkündür


Baxıldı : 34

Tarix : 2020-10-17 14:34:43



Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naftalan Rayon Komitəsinin sədri Sücayət Salahova dedi ki, əvvəllər rayonumuz intensiv atəşə məruz qalırdı, indi bir az sakitlikdir: “Qaşaltı kəndində düşmənin atdığı raket zərbəsindən bir ailənin, 2 nəfəri məktəbli olmaqla, bütün üzvləri həlak oldu. Son atılan raket isə rayonumuzda sanatoriyanın ətrafında boşluq sahəyə düşdü. Xoşbəxtlikdən insan təlafatı olmadı”.
Sədr bildirdi ki, biz də həmkarlar ittifaqının rayon komitəsinin vəsaiti hesabına əsgərlərimizə az da olsa, dəstək göstərməyi özümüzün vətəndaşlıq borcu sayırıq. “Ön cəbhədə əsgərlərimiz savaşır, arxa cəbhədə də biz-sıravi vətəndaşlar üzərimizə düşən işin öhdəsindən can-başla gəlməyə çalışırıq. İşçilərimiz könüllü olaraq hərbi hospitallara gedib orda yaralı əsgərlərimizə xidmət edirlər. Bundan başqa, kəndimizin qadınları hər gün yığışıb əsgərlərə ana əllərinin dadı qatılmış yemək hazırlayıb göndərirlər.