Biznes üçün Ağ sənəd\ hazırlanıb


Baxıldı : 263

Tarix : 2016-07-22 01:09:00


Azərbaycanda Amerika Ticarət Palatası (\ AmCham-Azerbaijan\ ) iqtisadiyyatın inkişafına töhfə verəcək təkliflərdən ibarət \ Ağ sənəd\ hazırlayıb. Qurumun icraçı direktoru Natəvan Məmmədovanın sözlərinə görə, yeni təkliflər paketində iqtisadiyyatın inkişafını töhfə verəcək bir sıra mühüm məsələlər öz əksini tapıb. 260-dan artıq üzvü olan təşkilat Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsində fəal iştirakını təmin etmək, özəl sektorun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflərin nəzərə alınmasını, dövlət-biznes münasibətlərinin möhkəmlənməsində bəzi güzəştlərin tətbiqini vacib sayır. Qeyd olunub ki, Azərbaycanda \ AmCham\ ın təşəbbüsü ilə bir neçə əsas qanuna əlavələr edilib, biznes mühitindəki yeniliklər və ölkədə yerli və beynəlxalq biznes strukturları üçün daha rahat şərtlər tətbiq etmək barədə təkliflər dövlət tərəfindən müsbət qarşılanıb: \ Azərbaycanda Amerika Ticarət Palatası ölkədə biznes mühitinin yaxşılaşdırılmasında böyük rol oynayır. Palata xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir. \ AmCham\ ın sahə komitələrinin vasitəsilə Palatanın üzvləri məlumatlarla bölüşür, ümumi maraq doğuran məsələlər qaldırır və mümkün həllər təklif edir. Təşkilatın tərəfdaşları Azərbaycan və ABŞ hökumətlərinin biznes, informasiya və əlaqələr daxil olan geniş bazalarından istifadə etmək imkanı qazanıb. \ Ağ sənəd\ bu sahədə yeni əməkdaşlıq formatının möhkəmlənməsinə səbəb olacaq. ELBRUS