Biznes Ombudsmanı yaradıla bilər


Baxıldı : 224

Tarix : 2015-11-06 04:34:00


Azərbaycan hökumətinin son günlər azad sahibkarlığa dövlət dəstəyi tədbirlərini gücləndirməsi və sahibkarların hüquqlarının daha etibarlı şəkildə qorunması üçün təsirli addımlar atmaqdadır. Bununla yanaşı, biznes nümayəndələri arasında daha etibarlı və güclü koordinasiyanın qurulması üçün ölkəmizdə Biznes Ombudsmanın yaradılması təklif olunur.Təklifi dəstəkləyən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş məsləhətçisi Faiq Səmədov hesab edir ki, Biznes Ombudsmanı Avropa ölkələrinin əksəriyyətində sahibkarların hüquqlarının müdafiəçisi kimi çıxış edir. Həmin qurum Gürcüstan, Rusiya və Ukraynada bir neçə ildir ki, fəaliyyət göstərir. İqtisadçı Ruslan Atakişiyevin fikrincə, Biznes Ombudsmanı əsasən kiçik və orta sahibkarlıq subyektlərinin hüquqlarını qorumaq sahəsində fəaliyyət göstərir. Qurum ictimai struktur olmaqla sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsi, yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması, onların üzləşdikləri problemlərin aradan qaldırılması, məhkəmə çəkişmələrində hüquqlarının müdafiəsi üçün lazımi addımlar atmaq məqsədi güdür. Belə bir təşkilatın yaradılması ilə sahibkarların problemlərinin öyrənilməsi və onların həlli yolunda operativ addımlar atmağa imkan verəcək. ELBRUS