Böhrandan narahatlıq ifadə edilib


Baxıldı : 44

Tarix : 2017-07-14 23:34:07


Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və onun regional təşkilatı olan Amerika Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Venesuelada hazırkı sosial-siyası vəziyyətdən narahatlıq ifadə edib. Son 3 ayda ölkədə yaşanan gərginlik zamanı həm hökumət, həm də müxalifət dəstəkçilərindən 100-ə yaxın insan həyatını itirib.  Gənclər, işçilər, tələbələr və dövlət mühafizəsində çalışanlar bu hadisələrdən daha çox əziyyət çəkir. Bütün bu hadisələr və yaşanan bədbəxtliklər siyasi mesaj kimi istifadə edilməməli, onu törədənlər  hüquq qarşısında cavab verməlidir.

AHİK-in baş katibi Viktor Baez ölkədə baş verən qarşıdurmanı qınayıb. O bildirib ki, bu hadisənin səbəbkarları qanun qarşısında cavab verməlidir: "Hökumət və dövlət qurumları vətəndaşları və ictimai xidmət infrastrukturunu qorumaq üçün  hüquqi  tədbirləri genişləndirməlidir.

BHİK-in baş katibi Şaran Barrou deyib ki,  rəhbərlik etdiyi qurum Venesuelada yaşanan siyasi böhranın sona çatdırılmasını, hökumətlə müxalifət arasında danışıqlar aparılmasını tələb edib.

Cavid SƏFƏROV