Boks üzrə beynəlxalq turnir keçirilib


Baxıldı : 36

Tarix : 2019-09-06 18:47:30


Avqustun 26-30-da Ukraynanın Zaparojye vilayətinin Kirillovka şəhərində boks üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Ukrayna, Moldova və Azərbaycan boksçularından ibarət 8 komanda mübarizə aparıb. 

Yarışa dəvətlilər arasında ölkəmizdən “Zenit” İdman Cəmiyyətinin məşqçi-müəllimləri Ceyhun Rüstəmov və Təvəkkül Məmmədov da iştirak ediblər.

Ceyhun Rüstəmov və Təvəkkül Məmmədovun çalışdırdıqları komanda ənənəvi turnirdə üçüncü olub.