Boksçular fərqləniblər


Baxıldı : 139

Tarix : 2018-01-26 19:42:57


Yeniyetmə boksçular arasında keçirilən açıq Bakı birinciliyi başa çatıb. Boks Mərkəzində təşkil olunan yarışda 150-dək idmançı gücünü yoxlayıb.

4 gün davam edən turnirin yekununda ən güclülərin adı müəyyənləşib. 2002-2003-cü il təvəllüdlü boksçular arasında təşkil olunan birincilikdə  75 kq. çəki dərəcəsində mübarizə aparan “Məhsul” İdman Cəmiyyətinin yetirməsi Mehman Quliyev qızıl medal qazanıb. Cəmiyyətin digər yetirməsi Sənan Əhmədov ( 48 kq.) isə ikinci olub. Məşqçi-müəllim Vüqar Məmmədov nəticədən razı qaldığını deyib.

Həmkarlar ittifaqlarının daha bir idman cəmiyyətinin- ”Spartak”ın boksçusu, 44 kq. çəki dərəcəsində yarışan Tamerlan Cavadlı üçüncü yeri tutub.

14 çəki dərəcəsi üzrə baş tutan yarışda paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qüvvəsini sınayıb.

Azər MUSTAFAYEV