Boksçularımız fərqləniblər


Baxıldı : 166

Tarix : 2017-12-08 18:45:02


Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində   boks üzrə açıq Bakı şəhər çempionatı keçirilib. Çempionatda 100  idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.

"Zenit" İdman Cəmiyyətinin yetirmələri Samir Muradov ( 56 kq.) ikinci, Hikmət Allahverdiyev ( 69 kq.) isə üçüncü yeri tutublar. Boksçularımız yarışa məşqçi-müəllim Təvəkkül Məmmədovun rəhbərliyi altında hazırlaşıblar.      

Xatırladaq ki, I, II və III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

 

Azər MUSTAFAYEV