Boksçularımızın uğuru


Baxıldı : 40

Tarix : 2018-05-12 03:37:50


Rusiyanın Ryazan şəhərində 2-6 may  tarixində faşizm üzərində qələbəyə həsr olunmuş beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Ryazan, Moskva, Penza, Tambov, Komi Respublikası və Rusiyanın digər bölgələrindən olan idmançılar iştirak ediblər.

Yarışda ölkəmizi təmsil edən “Zenit” İdman Cəmiyyətinin dəri əlcək ustalarının çıxışı uğurlu olub. Məşqçi-müəllim Ceyhun Rüstəmovun rəhbərliyi altında turnirə yollanan boksçularımız ümumilikdə 7 medal qazanıblar. Əhəd Rüstəmli (28 kq.), Mehran Rəsulov (+41 kq.) və Əziz Alməmmədov ( 24 kq.) fəxri kürsünün birinci pilləsinə qalxıblar. Fərid Kosayev (43 kq.) və Seymur Hüseynzadə (75 kq.) ikinci, Fərid Əliyev (54 kq.) və Sadıq Sadıqov (70 kq.) isə üçüncü yeri tutublar.

Azər Mustafayev