Bürünc medal qazanıb


Baxıldı : 113

Tarix : 2017-04-21 23:28:41


Rusiyanın Sankt-Peterburq şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib. Mötəbər turnirdə Azərbaycan millisi 3 medal qazanıb. Beynəlxalq yarışda qitənin 17 ölkəsindən 290 cüdoçu (200 oğlan, 90 qız) mübarizə aparıb.

Ölkəmizi beynəlxalq yarışda təmsil edən Natiq Qurbanlı (55 kq.) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Gənc cüdoçularımız Kəramət Hüseynov (60 kq.) və Musa Şəkərəliyev (100 kq.) isə Avropa kubokunun bürünc medallarına yiyələniblər.

Qeyd edək ki,  Kəramət Hüseynov "Zenit" İdman Cəmiyyətinin yetirməsidir.

 

Azər Mustafayev