Boulinq yarışı keçirilib


Baxıldı : 54

Tarix : 2020-02-07 13:40:45


2 fevral-Gənclər Günü münasibətilə Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları arasında boulinq yarışı keçirilib.

Miqrasiya könüllülərinin də iştirak etdiyi yarışda 16 komanda mübarizə aparıb. DMX-nin həmkarlar ittifaqı komitəsi ilə birgə təşkil olunan yarışda Xidmətin Vətəndaşlıq məsələləri baş idarəsinin “Strike” komandası birinci yerə layiq görülüb. Miqrasiya nəzarəti baş idarəsinin “Leqal” və Bakı regional miqrasiya idarəsinin “Lucky Strike” komandaları müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.

Fərdi kateqoriyada kişilər arasında Rişad Zeynalov, qadınların yarışında isə Samirə Musayeva ən yüksək nəticə göstəriblər.

Qalib və mükafatçılar diplomlarla təltif ediliblər. Yarışların ən gənc və fəal iştirakçısı Leyla Əliyeva və ən yaşlı iştirakçısı Misirxan Heydərova da diplomlar təqdim olunub.