Braziliyada Azərbaycan kino həftəsi


Baxıldı : 255

Tarix : 2016-04-15 03:57:00


Braziliyanın paytaxtında yerləşən Braziliya Bankının Mədəniyyət Mərkəzində (CCBB) Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə portuqal dilinə tərcümə olunmuş Azərbaycan sənədli və bədii filmlərindən ibarət kino həftəsi keçirilib. Azərbaycanın Braziliyadakı səfirliyindən verilən məlumata görə, kino həftəsi çərçivəsində \ Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu\ sənədli filmi, həmçinin \ Arşın mal alan\ , \ Nabat\ , \ Çölçü\ , \ Təhminə\ və \ Axınla aşağı\ bədii filmləri nümayiş etdirilib.Braziliya Bankının Mədəniyyət Mərkəzi tərəfindən tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş Arzu Əliyevanın layihə rəhbəri olduğu \ Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu\ sənədli filmi seçilib.Tədbirin əvvəlində Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov çıxış edərək Arzu Əliyevanın layihə rəhbəri olduğu \ Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu\ sənədli filminin faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunduğunu və filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə tarixi rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək, eyni zamanda bu tarixi həqiqəti indiki və gələcək nəsillərə çatdırmaqdan ibarət olduğunu qeyd edib. O, filmin təqdim edilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü ifadə edib.Filmin aktual xarakter daşıdığını bildirən səfir E.Sultanov dünyanın müxtəlif yerlərində zorakılığın, ekstremizmin, qaçqın böhranı və digər neqativ halların davam etdiyini qeyd edərək ölkəmizin 20 faiz torpaqlarının Ermənistan tərəfindən iyirmi ildən artıq işğal olduğunu qonaqların diqqətinə çatdırıb. O həmçinin son vaxtlar Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması və törədilən təxribatlar barədə məlumat verib.Filmin nümayişi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.Tədbirdə yerli ictimaiyyətin və Braziliyada akkreditə olunan diplomatik korpusun nümayəndələri, eləcə də Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib.CAVİD