“British Steel”i dövlət öz himayəsinə götürməlidir


Baxıldı : 49

Tarix : 2019-06-07 12:39:17


“Unite” Həmkarlar İttifaqı “British Steel” metal emalı şirkətinin maliyyə problemləri ilə üzləşərək satışa çıxarılmasından narahatlığını bildirib. İttifaq hər hansı bir qurum tərəfindən satınalma baş tutana qədər müəssisənin dövlət tərəfindən himayə olunmasını tələb edir. İttifaqın baş katibinin köməkçisi Stib Turner məsələ ilə bağlı bildirib ki, “British Steel”in səhmləri rəsmi satılana qədər fəaliyyətin davamı üçün dövlət məsuliyyəti öz üzərinə götürməlidir. Əks təqdirdə müəssisə bağlana bilər. 150 illik tarixi olan və ölkənin ikinci böyük metal şirkətinin iflası sektor üçün iqtisadi fəlakət deməkdir. Ölkə bu qədər strateji əhəmiyyətə sahib müəssisənin bağlanmasına icazə verməməlidir. Bundan başqa, “British Steel”in bağlanması 20 min çalışanın öz işini itirməsinə səbəb ola bilər. Həmçinin hər hansı bir şirkət tərəfindən qurumun satın alınması zamanı geniş iqtisadi araşdırma aparılmalıdır.