Brüsseldə görüş


Baxıldı : 124

Tarix : 2018-01-19 19:43:36


Ötən həftə Belçikanın Brüssel şəhərində Pan Avropa Regional Şurasının (PARŞ) rəhbərlərinin növbəti görüşü olub. Görüşdə qurumun prezidenti, vitse-prezidentləri və katibliyinin məsul işçiləri iştirak etmişlər.

PARŞ-ın icraçı katibi Anton Leppik ötən il görülmüş işlərin hesabatını vermişdir.  Hesabat məruzəsində icra olunmuş layihələr, qarşıya çıxan problemlərin həlli istiqamətində atılan addımlar və sair əksini tapmışdır.

Sonra şuranın regionda həmkarlar ittifaqlarına dəstəyi, Avropa İttifaqı institutları ilə bağlı fəaliyyətinə baxıldı. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının bu il keçiriləcək qurultayını nəzərə alaraq PARŞ-ın illik fəaliyyət proqramı təsdiq olundu.

Tədbirdə PARŞ-ın AHİK-lə birgə Bakıda keçirdiyi beynəlxalq tədbirlər yüksək qiymətləndirildi. PARŞ-ın prezidenti İrakli Petriaşvili bu cür tədbirlərin yerlərdə üzv təşkilatlar tərəfindən keçirilməsinin təqdirəlayiq olduğunu qeyd etdi.

Görüşdə AHİK sədrinin müavini Aqil Dadaşov iştirak etdi.