Bu evlərlə səhrada da yaşamaq olar


Baxıldı : 278

Tarix : 2016-01-23 10:59:00


Slovakiyada hazırlanan, əsasən kirayənişin həyatı üçün nəzərdə tutulmuş ekokapsullar bir çox ölkələrdən olan turistlərin diqqətini cəlb edib. 10 kvadratmetrlik sahəsi olan kiçik evlərlə hətta səhrada yaşamaq mümkündür.Ekokapsulların istehsalçıları onların qiymətlərinin 1500-2200 avro arasında dəyişdiyini bildirirlər. Mütəxəssislər bununla kirayə və enerji xərcləri olmadan yaşamağın mümkün olduğunu vurğulayırlar.Slovakiya ekspertləri ekokapsulları 2007-ci ildən hazırlamağa başlayıblar. Yeddi ildən artıq davam etmiş layihə bir sıra spesifik cəhətləri ilə nəticələnib.Kiçik evlər külək turbini və günəş panelləri ilə təchiz edilib. Daxilində təmiz enerji yaradan kiçik və daşına bilən evlər 2 nəfər üçün nəzərdə tutulub.Sayları az olan ekokapsulalar açılıb bağlanan çarpayılarla, mini-mətbəxlərlə, vanna otağı və unitazla, duş kabinəsi, əşyaları saxlamaq üçün xüsusi şkafla və pəncərə ilə təchiz edilib.Bir sözlə, ekokapsullar tam fərqli yaşayış sahəsidir. Evin işıqlandırılması üçün akkumulyatorla hətta elektromobillərə də cərəyan ötürmək mümkündür. Bu evləri dünyanın istənilən yerinə daşımaq və yerləşdirmək mümkündür. Ekokapsullar sərhəd tanımır - onunla yalnız səhralara deyil, cəngəlliklərə, çimərliklərə, savannalara getmək mümkündür.Cavid SƏFƏROV