Bu faciə heç vaxt unudulmayacaq


Baxıldı : 161

Tarix : 2017-04-08 05:06:38


Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Şirvan Şəhər Komitəsinin Mərkəzi Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbiri keçirildi. Komitənin sədri Mirzə İmanov çıxış edərək qeyd etdi ki, 20-ci əsrdə azərbaycanlılar müntəzəm olaraq erməni terroruna, soyqırımına məruz qalmışlar. Bu qanlı hadisələrin ən dəhşətlisi 31 mart 1918-ci il tarixdə xalqımıza qarşı törədilən soyqırımıdır və özünün ağır nəticələri ilə seçilib. Həmin ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. İnsanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb.

Sonra şəhər icra hakimiyyətinin şöbə müdiri Adəm Hüseynov, mebel məmulatları və çörək sexlərinin müdirləri İlham Cəfərov və Gülverdi Kərimov çıxış edərək həmin günlərdə xalqımızın başına gətirilən müsibətlərdən danışdılar.

B.Rzayev