“Bu gün istehsal gücümüzü qoruya bilməsək


Baxıldı : 83

Tarix : 2017-06-21 21:52:26


"Unite" Həmkarlar İttifaqı İngiltərənin Sufflok bölgəsində yerləşən "Delphi Diesel Systems" şirkətində 500 işçi ixtisarı təhlükəsi ilə bağlı etiraz kampaniyası başladıb. Ötən həftə ixtisarın olması ilə bağlı mühəndislik şirkəti mətbuata açıqlama vermişdi.

"Unite" bölgədə yaşayanların burada çalışdığını və fabrikin onlar üçün əsas gəlir qapısı olduğunu bildirərək qərarın yanlış seçim olduğunu vurğulayıb. Daha öncə ittifaqla rəhbərlik arasında görüş keçirilsə də, yekun nəticə əldə edilməyib.

"Unite"nin bölgə üzrə nümayəndəsi Neal Evans  qeyd edib ki, yayılan xəbərlər özəl sektora və yerli iqtisadiyyata zərbə vurur: "Şirkət  maliyyə problemlərini əsas gətirərək 500 iş yerinin ixtisarını nəzərdə tutsa da, Rumıniyadan işçi qəbulunu davam etdirir. Bu onlar üçün daha sərfəli olsa da, bölgədə məşğulluq problemini artırır. Məsələnin həlli yönündə tələblərimiz isə cavablandırılmır. "Delphi Diesel Systems" şirkəti rəqabətədavamlılığı nəzərə alaraq ixtisar planını həyata keçirəcəyi təqdirdə ayda bir milyon funt-sterlinq gəlir əldə etmiş olacaq. Lakin bölgənin gələcək inkişafını nəzərə alaraq onları bu plandan imtina etməyə çağırıram. Bu gün istehsal gücümüzü qoruya bilməsək, sabah bu, ölkə iqtisadiyyatına da dərin təsir edəcək".

Cavid Səfərov