Bu içkilərin insan orqanizminə ziyanı


Baxıldı : 385

Tarix : 2016-01-23 11:27:00


Son zamanlar \ Coca-Cola\ , \ Pepsi\ kimi içkilərə tələbatın azaldığı müşahidə edilir. Bunun bir sıra səbəbləri var. Əsas səbəb kimi, bu növdən olan içkilərin insan sağlamlığına ziyanı, keyfiyyətinin aşağı olması göstərilir. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu cür içkilərin erasının çoxdan başa çatdığını və onların insan həyatı üçün çox təhlükəli olduğunu bildirib: \ \ Coca-Cola\ , \ Pepsi\ kimi içkilərdən istifadə erası əslində çoxdan başa çatıb. Biz bir təşkilat olaraq bu kimi içkilərdən istifadənin ziyanlı olması, xəstəliklərə yol açması haqqında hər zaman maarifləndirmə işləri aparırıq. Amma yenə də istifadə edənlər var. Əgər belə içkiləri istifadə edənlər bilsələr ki, bunların insan orqanizminə nə qədər ziyanı var, şübhəsiz ki, o içkiləri içməzlər\ .E.Hüseynov bu içkilərlə bağlı AİB-ə tez-tez zənglər daxil olduğunu vurğulayıb: \ Coca-Cola\ və \ Pepsi\ içkiləri haqqında Azad İstehlakçılar Birliyinə tez-tez zənglər gəlir. Zaman keçdikcə bu içkilərin, demək olar ki, tərkibi və dadı dəyişir. Onların tərkibində insanın mədə-bağırsağını, digər daxili orqanlarını məhv edən maddələr aşkar olunub. Siz təsəvvür edin ki, əgər bu içkilər yerə, asfalta töküləndə qaynayırsa və töküldüyü yerə iz salırsa, o zaman insan mədəsini hansı hala saldığı sirr olmamalıdır.AİB olaraq daim bu içkilərin istifadəsinə qarşı mübarizə aparır və insanları maarifləndiririk. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin də məktəb bufetlərində bu növ içkilərin satışı və istifadəsini ləğv etməsi çox təqdirəlayiq addımdır. Çünki insanlar bunlardan nə qədər imtina etsələr, daha yaxşı olar\ .ELBRUS