Bu il daşınmaz əmlak ucuzlaşacaq


Baxıldı : 248

Tarix : 2015-01-24 05:39:00


2015-ci ildə Azərbaycanda daşınmaz əmlakın orta hesabla 8% ucuzlaşacağı gözlənilir. Bu barədə \ MBA\ Konsaltinq və Qiymətləndirmə Şirkətinin prezidenti Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, mənzillərin 10%-ə qədər ucuzlaşacağı gözlənilir.Ekspert bunun dünya bazarında neftin ucuzlaşması və bunun nəticəsində ölkədə investisiya qoyuluşunun azala biləcəyi ilə izah edir. Bununla belə, ucuzlaşan təkcə mənzillər olmayacaq. Kommersiya obyektlərinin də qiymətinin 10-12% aşağı düşəcəyi proqnozlaşdılır. Nüsrət İbrahimovun sözlərinə görə, neftin ucuzlaşması iqtisadi aktivliyi azalda, insanların alıcılıq qabiliyyətini aşağı sala bilər. Bu halda kommersiya obyektlərinə, xüsusilə də ticarət obyektlərinə (mağazalara) tələbat azalacaq və onların 15-20% ucuzlaşacağı istisna deyil. Ofis və xidmət obyektləri isə azı 5% dəyərini itirə bilər.Bu il yalnız torpaq sahələrinin qiymətində azalma olmayacaq: \ Çünki torpağa tələbat dəyişməyib, əksər insanlar üçün mənzil problemini həll etmək baxımından torpaq çox vacibdir, həyət evi tikmək istəyənlər çoxdur, ona görə də torpaq ucuzlaşmayacaq\ .Azər MUSTAFAYEV