Bu vəhşiliyi bağışlamaq olmaz


Baxıldı : 489

Tarix : 2019-04-05 18:39:38


Martın 29-da “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyası və Mülki Aviasiya Muzeyi 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün 101-ci ildönümü ilə bağlı Milli Aviasiya Akademiyasının tələbələrinin və əməkdaşlarının iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil etmişlər. Ekskursiya zamanı tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, kütləvi məzarlıq üzərinə tər qərənfillər düzərək soyqırımı qurbanlarının xatirəsini yad etdilər.

Kompleksin əməkdaşı tələbələrə 1918-ci ildə baş vermiş tarixi cinayət haqqında ətraflı məlumat verdi, ermənilərin azərbaycanlılara, yerli dinc əhaliyə qarşı törətdikləri vandalizmin miqyası və dəhşətlərindən danışdı. Sonra erməni vəhşiliklərini sübut edən tarixi sənədlər və fotoşəkillərdən ibarət ekspozisiyaya baxış keçirildi.

Tələbələrdən Fatimə Kərimli və Murad Bayramov müxbirimizə bildirdilər ki, bu kompleks erməni vəhşiliyinin əyani nümunəsidir. Biz çox böyük kədər hissləri yaşadıq. Sözün həqiqi mənasında, bədnam qonşularımız xalqımıza qarşı soyqırımı aksiyası keçiriblər. Bu soyqırımı onlara bağışlamaq olmaz.

B.RZAYEV