Bu vəsaitdən necə istifadəyə özləri qərar verəcəklər


Baxıldı : 210

Tarix : 2017-01-30 06:13:48


Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi baxımından müsbət addım kimi dəyərləndirilir. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə müxbirimizə bildirib ki, bu fərmanın bir çox müsbət tərəfləri var və məcburi köçkünlərin, onlara bərabər tutulan şəxslərin işini xeyli asanlaşdıracaq: "İndiyə qədər yemək xərci müavinəti kart vasitəsilə məcburi köçkünlərin özünə verilirdi. Kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər müvafiq təşkilatlara ödənilirdi. Məcburi köçkünlər həmin ödənişlərdən istifadə etmək üçün müvafiq sənədləşmə aparmalı, müvafiq qurumlardan arayış almalı idi. Ancaq bundan sonra heç bir sənəd və ya arayış almağa ehtiyac qalmayacaq. Onlar bu puldan necə istifadə edəcəklərini özləri müəyyənləşdirəcəklər. Nəzərə alsaq ki, bir ailənin bir neçə üzvü olur, bu, ailə üçün yaxşı maddi dəstəkdir"

AZƏR