Bu xəstəliyə qarşı mübarizdirlər


Baxıldı : 82

Tarix : 2017-08-25 23:06:00


Onkoloji xəstəliklər - nəinki insanlar, hətta bütün canlılar üçün də böyük bəladır. Lakin elə fauna nümayəndələri var ki, onlar xərçəng xəstəliyinə qarşı mübarizə apara bilir. Bu, planetimizin ən böyük heyvanları olan fillər və balinalardır.

Hesab edilirdi ki, böyük canlılarda xəstəliyin riski daha yüksəkdir, lakin fillər öz nümunəsi ilə bu fikri təkzib edir. Üstəlik, bu nəhənglər xərçəngə daha az tutulurlar, nəinki digər xırda heyvanlar.

ABŞ alimləri fillərin ölüm hallarını araşdırarkən belə qənaətə gəliblər ki, onların yalnız 5 faizi bu xəstəlikdən tələf olub. Amma insanlarda bu göstərici 25 faizdir. Fillərin genom analizlərinin müayinəsi nəticəsində onlarda p53 genlərinin 40-a qədər nüsxəsinin (insanlarda cəmi iki) olduğu müəyyən edilib. Bu, hüceyrələrin bölünməsinin qarşısını alan, güclü antionkogendir. DNT-də r53 zədələnmə aşkar edən kimi xərçəng hüceyrələrinin məhv edən genləri fəallaşdırır.

Alimlər ümid edir ki, yaxın vaxtlarda biotexnologiya onlara "anti-xərçəng" genomunun onlarla nüsxəsi ilə insan bədənini təmin etmək üçün əməliyyatlar aparmağa imkan verəcəkdir.

Azər MUSTAFAYEV