Builki iyul ayı meteomüşahidələrin bütün tarixi ərzində ən isti ay olub


Baxıldı : 39

Tarix : 2019-08-09 17:32:58


Avropanın “Kopernik” Meteorologiya Mərkəzinin məlumatına görə, bu ilin iyul ayı tarixi temperatur rekordu müəyyən edib və meteomüşahidələrin bütün tarixi ərzində ən isti ay olub. Daha əvvəl ən isti ay 2016-cı ilin iyul ayı sayılırdı. Yayın ikinci ayında temperatur 2016-cı ilin iyul ayının orta göstəricisini Selsi ilə yalnız 0,04 dərəcə üstələyib. Onda dünya miqyaslı istilik rekordu müəyyən edilmişdir. İyulda Qərbi Avropada anomal hava temperaturu qeydə alınıb. İsti hava səciyyəsi olmayan ölkələrdə də rekord göstəricilər müəyyən olunub.

Alimlər havaların isti keçməsi səbəbindən Qrenlandiyada nəhəng göllərin əmələ gəldiyini bildirirlər.