Buraxılış imtahanlarının vaxtında dəyişiklik ediləcək


Baxıldı : 203

Tarix : 2015-01-31 04:56:00


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib ki, bu vaxta kimi orta məktəblərdə buraxılış imtahanları iyun ayında keçirilirdi. Bu il isə Bakıda keçiriləcək buraxılış imtahanları ilə bağlı bütün tədbirlər iyunun 7-dək başa çatacaq.Onun sözlərinə görə, regionlarda buraxılış imtahanları iyun ayında keçiriləcək: \ Regionlardan da bəzilərində Avropa Oyunlarının müxtəlif istiqamətləri üzrə yarışlar keçiriləcək. Hazırda hansı regionda bu yarışların keçiriləcəyi müəyyənləşdirilir. Hələ ki, magistraturaya və rezidenturaya qəbulla bağlı tədbirlərin tarixi elan edilib. Bu yaxınlarda buraxılış və qəbul imtahanları ilə bağlı ümumi cədvəl təsdiqlənəcək. Bu, təkcə bizimlə əlaqədar deyil. Çünki imtahanların keçirilməsi ciddi tədbirlərdir və bu prosesə müxtəlif qurumlar da cəlb olunur. Ona görə də Avropa Oyunlarının keçirildiyi müddətdə kütləvi tədbirlərin aparılması mümkün deyil\ . TQDK sədri həmçinin bildirib ki, bu il ali məktəblərin bakalavriat səviyyəsi üçün 4 sınaq imtahanı keçiriləcək. Sınaq imtahanları bu il aprelin 5-də, 12-də, 19-da və mayın 3-də təşkil olunacaq. Onun sözlərinə görə, keçiriləcək sınaq imtahanlarının 4-ü də yeni olacaq, yəni təkrar sınaq imtahanları keçirilməyəcək: \ Təkrar imtahanlar onu göstərir ki, onlara yazılanların sayı elə də çox olmur. Bundan başqa, uşaqlar təkrar imtahana çox zaman ona görə yazılırlar ki, valideynlərə öz bilik səviyyəsi haqqında yanlış məlumat versinlər. Amma ola bilsin ki, tələbat olsa hansısa regionlarda elan olunan günlərdən başqa təkrar imtahanlar keçirək\ .M.Abbaszadə qeyd edib ki, bu il bəzi qabiliyyət tələb edən ixtisaslara qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. Onun sözlərinə görə, bu qaydalar cari ilin məzunlarına şamil olunacaq.Xalid AZƏR