Bürünc medal


Baxıldı : 43

Tarix : 2018-06-02 01:55:06


Mayın 14-də yeniyetmə boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2018” beynəlxalq turnirinə yekun vurulub. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən ənənəvi yarışda Azərbaycan yığması ilə yanaşı, Qazaxıstan, Rusiya, Gürcüstan, Qırğızıstan və Ukrayna milliləri mübarizə aparıb.

Komandamız turnirdə 5 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıb.

Bu nəticə Azərbaycanı komanda hesabında birinci yerə yüksəldib. Qeyd edək ki, bürünc medalçılar arasında yer alan Sənan Əhmədov (48 kq.) “Məhsul” İdman Cəmiyyətinin yetirməsidir. 

Qaliblərə diplom və kubok verilib.

Azər MUSTAFAYEV