Bürünc medal qazanıb


Baxıldı : 189

Tarix : 2018-01-26 19:36:06


“Zenit” İdman Cəmiyyətinin yetirməsi Ruslan Şıxıyev bürünc medal qazanıb. O, bu mükafata Bakı İdman Sarayında keçirilən 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında sayca 21-ci beynəlxalq turnirdə sahib olub. Ruslan 48 kq. çəki dərəcəsində mübarizə aparıb.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edib.