Cüdoçularımız beynəlxalq yarışda


Baxıldı : 250

Tarix : 2016-02-19 04:03:00


Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə beynəlxalq Qran-pri turnirinə start verilib. Üç gün davam edəcək mötəbər yarışda Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar. Almaniya Qran-prisində ölkəmizin idman şərəfini Orxan Səfərov, Vüqar Şirinli (hər ikisi 60 kq.), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq.), Rüstəm Orucov (73 kq.), Əbdülhəq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq.), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq.), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq.), Uşanqi Kokauri (100 kq-dan yuxarı) və Aişə Qurbanlı (48 kq.) qoruyacaqlar. Qeyd edək ki, Orxan Səfərov, Rüstəm Orucov, Ramin Qurbanov və Elmar Qasımov \ Atilla\ İdman Klubunun üzvüdürlər. Azər MUSTAFAYEV