Cüdoçularımızın qələbəsi


Baxıldı : 225

Tarix : 2015-11-27 05:57:00


Koreya Respublikasının Jeju şəhərində keçirilən Qran-pri” yarışının ilk günü milli komandamızın üzvü, \ Atilla\ İdman Klubunun yetirməsi Orxan Səfərov üçün uğurlu olub. 60 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Qran-pri”yə Tayvan təmsilçisi Yunq Vey Yanq və ispaniyalı Fransisko Harriqosa üzərində qələbə ilə başlayıb.Daha sonra komanda yoldaşı İlqar Müşkiyevlə qarşılaşıb. Cüdoçularımızın duelindən O.Səfərov qalib ayrılıb. Yarımfinalda Monqolustan təmsilçisi Boldbatar Hanbata uduzan idmançımız üçüncü yer uğrunda gedən döyüşdə venesuelalı Havyer Quedsedən güclü olub. Nəticədə adını qaliblərin siyahısına yazdırmağı bacarıb və turnirin bürünc medalını qazanıb.Yarışın ikinci günündə mübarizəyə qoşulan Rüstəm Orucov 73 kq. çəki dərəcəsində isveçli Tommi Masias, polşalı Damian Şvarnoveski və Koreya təmsilçisi Sen-Ge Çai məğlub edib. Lakin yarımfinalda cüdoçumuz belçikalı idmançı Dirk van Tiçeltə uduzub. R.Orucov bürünc medal uğrunda döyüşdə daha bir Belçika təmsilçisi Sami Çouçi ilə qarşılaşıb və rəqibini məğlub edərək Qran-Pri”nin bürünc medalını qazanıb. Beləliklə, cüdo üzrə Azərbaycan millisinin hesabında bürünc medalların sayı ikiyə çatıb.Azər