Cüdoçularımız reytinq siyahısında


Baxıldı : 232

Tarix : 2016-01-23 11:08:00


Beynəlxalq Cüdo Federasiyası yeni ilin ilk reytinq cədvəlini açıqlayıb. Yanvar ayına açıqlanan siyahını Azərbaycan yığmasının liderləri üçün uğurlu saymaq olar. Bu, millimizin bütün yarışlara qatılmasının nəticəsidir. Siyahıda adları çəkilən idmançılar arasında \ Atilla\ İdman Klubunun yetirmələri də var. Rüstəm Orucov (73 kq.) və Elmar Qasımov (100 kq.) öz çəki dərəcələrində ən güclü olaraq qalırlar. Orxan Səfərov (60 kq.) 4-cü yer, Ramin Qurbanov (90kq.) 48-ci yer və Kifayət Qasımova ( 57 kq.) 55-ci yerdə qərarlaşıblar. Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.Azər MUSTAFAYEV