Cüdoçumuz liderliyini qoruyub


Baxıldı : 262

Tarix : 2016-02-13 03:58:00


Beynəlxalq Cüdo Federasiyası Parisdə keçirilmiş \ Böyük dəbilqə\ turnirindən sonra yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan cüdoçusu Elmar Qasımov 100 kiloqramadək çəki dərəcəsinin ilk pilləsində qərarlaşıb. Digər cüdoçularımız Rüstəm Orucov (73 kq.) ikinci, Orxan Səfərov (60 kq.) üçüncü, Nicat Şıxəlizadə (66 kq.) yeddinci, Elxan Məmmədov (100 kq.) on ikinci, Məmmədəli Mehdiyev (90 kq.) və Uşangi Kokauri (+100 kq.) isə on üçüncü sıradadır. \ Böyük dəbilqə\ nin gümüş medalını qazanan İlqar Müşkiyev (60 kq.) isə reytinq cədvəlinin 14-cü pilləsinə yüksəlib.Qeyd edək ki, Elmar Qasımov, Rüstəm Orucov, Orxan Səfərov \ Atilla\ İdman Klubunun yetirmələridir. Azər MUSTAFAYEV