Çağırışa beynəlxalq təşkilatlardan dəstək


Baxıldı : 63

Tarix : 2017-08-25 23:10:36


Xirosima-Naqasaki Sülh Elçiləri nüvə silahlarının istifadəsinin qadağan edilməsi ilə bağlı BMT-yə müraciət edib. Onların  bu çağırışına bir sıra beynəlxalq təşkilatlardan, həmçinin UNİ Qlobal İttfaqından dəstək verilib. Hər iki qurum arasında avqustun 22-də İsveçrənin Nyon şəhərində yerləşən UNİ Qlobal İttifaqının mərkəzi ofisində görüş təşkil olunub. Görüşdə nüvə silahının  qadağan olunması ilə bağlı iki milyondan çox imza toplandığı diqqətə çatdırılıb.

UNİ Qlobal İttifaqının baş katibinin müavini Kristi Hoffman sülh elçilərini salamlayıb, silahsızlanma ilə bağlı onları dəstəklədiklərini bildirib. O qeyd edib ki, hazırkı beynəlxalq siyasi vəziyyət  bir qədər narahatlıq doğurur.

Qonaqlardan Tadako Kavazue qurumun yarandığı gündən apardığı kampaniyalarda uğurlarından söz açdı. Əldə edilən nailiyyətlərlə silahsız bir dünyaya inamın artdığını vurğuladı.

Qeyd edək ki, Xirosima-Naqasaki Sülh Elçiləri 13 ildir İttifaqın mərkəzi ofisini ziyarət edir.

Cavid Səfərov