Çalışanların  hüquqlarına hörmətlə yanaşılması tələb edilib


Baxıldı : 47

Tarix : 2019-06-07 11:07:25


Mayın 16-da İsveçrədə İndustriALL Qlobal İttifaqı,  Beynəlxalq Tikinti və Meşə İşçiləri Həmkarlar İttifaqı Konfederasiyasının (BWİ) və Belçikanın CG-FGTB Həmkarlar İttifaqının illik toplantısında sement fabriki olan “Lafarge Holcim”in bütün müəssisələrində  işçilərin  hüquqlarına hörmətlə yanaşılması tələb edilib. Toplantıdan öncə bir qrup fəal İsveçrənin Dübendorf şəhərində  insanları məlumatlandırmaq məqsədilə elan və broşüralar paylayıblar.

Avropa İş Şurasının Belçika üzrə təmsilçisi Kristelle Pilette “Lafarge Holcim”ə məxsus zavod və satış müəssisələrində şirkətin çalışanlara hörmət edilməsini, hüquqlarının  qorunmasını və iş yerində cinsi istismarın aradan qaldırılması üçün addımlar atılmasını istədi. BWİ-nin sağlamlıq və təhlükəsizlik üzrə direktoru  Fiona Murie şirkətin iş yerində təhlükəsizliyin təminatı ilə bağlı göstəricilərinin yetərli səviyyədə olmadığını qeyd edib. Yerlərdə həmkarlar ittifaqı təşkilatı ilə birgə  təhlükəsizlik komitələrinin yaradılması vacibdir.

İndustriALL-ın nümayəndəsi Mathias Hartviç “Lafarge Holcimin” İndoneziya, Malaziya və Filippin adalarındakı müəssisələrini bağlaması ilə işçi sayını 135 mindən 75 minə qədər azaldıb.

M.Hartviç çıxışında İndustriALL, BWİ və CG-FGTB Həmkarlar İttifaqının “Lafarge Holcim”ə  qarşı tələblərini qeyd edib.

- Çalışanlar üçün qəbul olunmuş sağlamlıq və təhlükəsizlik haqqında qanunlara hörmətlə yanaşılması;

- Birləşmiş Millətlər Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatının çoxmillətli şirkətlərin işçiləri üçün dünyamiqyaslı minimum əməkhaqqı standartlarının həyata keçirilməsi;

- Şirkətin böyümə  strategiyası daxilində  səhmdarlarına hörmətlə yanaşılması;

- Xüsusilə inkişafda olan ölkələrdə ətraf mühitin təmizliyi üçün bu və ya digər təşkilatlarla əməkdaşlıq qurulması.

M.Hartviç bu tələblərin məktub şəklində bu ilin mart ayında şirkətə göndərilsə də, cavablandırılmadığını bildirib.  O qeyd edib ki, bu qurumun həmkarlar ittifaqı  təşkilatı və işçilərinə hörmətsizliyinin göstəricisidir.

CAVİD