Cari məsələlərə  baxılmışdır


Baxıldı : 41

Tarix : 2017-10-27 23:39:28


Oktyabrın 17-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Tikinti və Tikinti Sənayesi İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (MKP "Stroitel") İcraiyyə Komitəsinin iclası keçirilmişdir.

İclasda üzv təşkilatlarda tikinti sahəsində vəziyyət, işçilərin əmək və sosial müdafiəsinin gücləndirilməsi və layiqli əmək şəraitinin yaradılması, Beynəlxalq Layiqli Əmək Gününün 10 illik yubileyi münasibətilə üzv təşkilatlarda keçirilən tədbirlər və digər cari məsələlərə baxılmışdır.

Gündəlikdə duran məsələlərin müzakirəsində Azərbaycan "İnşaat-İş" Həmkarlar İttifaqının sədri Umud Hüseynov da iştirak etmişdir. Tədbirin sonunda "İnşaat-İş" Həmkarlar İttifaqının 6 üzvü Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Fəxri Fərmanı, U.Hüseynov isə MKP "Stroitel"in 25 illik Yubiley döş nişanı ilə təltif edilmişdir.

Bəyalı RZAYEV