İcbari sığorta ilə bağlı daha bir yenilik


Baxıldı : 469

Tarix : 2015-01-24 05:58:00


Azərbaycanda avtomobillərin icbari sığortası üzrə müqavilələrin ilk ödəmə terminalları vasitəsilə satışına başlanacaq. Azərbaycan sığorta bazarında bu yeniliyi ilk dəfə olaraq \ Meqa sığorta\ şirkəti tətbiq edib. Şirkətdən verilən məlumata görə, artıq \ Meqa sığorta\ nın müştəriləri avtomobilin icbari sığortasını \ E-manat\ la sifariş edə biləcəklər.Belə ki, \ E-manat\ terminallarında avtomobilin icbari sığortasını sifariş etmək üçün çox sadə və minimum məlumatlar tələb edən interfeys hazırlanıb. Bu sistem birbaşa olaraq sığorta şirkətinin daxili proqram təminatı və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq icbari sığorta növlərinin rəsmiləşdirilməsi üçün yaradılmış İcbari Sığorta Bürosunun vahid elektron informasiya sistemi ilə əlaqəlidir. Terminal vasitəsilə icbari sığorta müqaviləsi bağlamaq üçün müştərilər terminalın Ana səhifəsində \ Meqa Sığorta\ xanasını seçib mobil nömrələrini, şəxsiyyət vəsiqəsinin pin kodunu və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini daxil etməlidirlər. Bundan sonra sığortalanacaq nəqliyyat vasitəsi üçün İcbari Sığorta Qanunvericiliyinə uyğun olaraq güzəşt və artırma əmsalı nəzərə alınmaqla terminal tərəfindən avtomatik olaraq sığorta haqqı hesablanır. Ekranda göstərilən sığorta haqqını terminala ödədikdən sonra avtomobilin icbari sığorta şəhadətnaməsi dərhal qüvvəyə minir. Bu barədə məlumat həm ekranda və ödəniş qəbzində göstərilir, həm də müştərinin mobil nömrəsinə İcbari Sığorta Bürosu tərəfindən sığorta şəhadətnaməsinin etibarlılığı haqqında SMS göndərilir.Sığorta Şəhadətnaməsi isə ən geci 48 saat ərzində sığorta şirkəti tərəfindən sizə çatdırılır.\ Meqa sığorta\ dan verilən məlumata görə, müştərilər avtomobilin icbari sığortasının sifarişi üçün \ E-manat\ terminallarından həftənin bütün günləri 24 saat ərzində istifadə edə bilərlər. Respublika ərazisində hazırda 1740 E-manat terminalları quraşdırılıb və bunlardan 100 ədədi regionlarda, qalan terminallar isə Bakıda yerləşir. İlin sonuna kimi terminalların sayının 3000 ədədə çatdırılması nəzərdə tutulur.İcbari Nəqliyyat Sığortasının sifarişi üçün terminaldan istifadə qaydası:1. Terminalın Ana səhifəsində \ Meqa Sığorta\ xanası seçilib və aşağıda göstərilən hər bir addımın yekununda İrəli düyməsi sıxılmalıdır.2. Ekranda açılmış Meqa Sığorta səhifəsində ardıcıl olaraq növbəti məlumatlar daxil edilir:- Mobil nömrə;- Şəxsiyyət vəsiqəsinin pin kodu;- Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi.3. Məlumatlar daxil edildikdən sonra sistem nəqliyyat vasitəsinin növünə və şəxsiyyət vəsiqəsinin pin koduna əsasən sığorta haqqını hesablayır və şəxs haqqında məlumat ekranda göstərilir.4. Növbəti mərhələdə terminal daxil edilən məlumatların düzgünlüyünün təsdiq edilməsini və sığorta haqqı məbləğinin ödənilməsini tələb edir.5. Sığorta haqqı ödənişi terminala daxil edildikdən sonra İcbari Sığorta Şəhadətnaməsi qüvvəyə minir və bu haqda məlumat qəbzdə göstərilir, həmçinin bu barədə mobil nömrənizə SMS göndərilir.