İcbari tibbi sığorta başlayır


Baxıldı : 1064

Tarix : 2016-11-23 16:09:36


2016-cı ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün əsaslı baza yaranıb. Artıq Nazirlər Kabineti yanında yaradılmış İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə direktor da təyin edilib. Bu isə gələn ildən tibbi sığortanın işə düşəcəyi deməkdir.Qeyd edək ki, maliyyə naziri Samir Şərifov 2016-cı ilin dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclisdə keçirilən müzakirələrdə icbari tibbi sığortanın tətbiqinə 2016-cı ildən başlanılacağını xatırladıb. Nazir bildirib ki, artıq bunun üçün tələb olunan qanunvericilik bazası formalaşıb və gələn ildən praktiki işlər həyata keçiriləcək. İcbari tibbi siğortaya əsasən, sığorta hadisəsi baş verdikdə əhalinin tibbi və dərman yardımı almasına dövlət təminat verəcək.Vətəndaş pulsuz şəkildə tibbi və dərman yardımı alacaq. Təbii ki, onlar aylıq maaşlarından və gəlirlərindən sığorta təşkilatına müəyyən həcmdə ayda pul köçürməklə bu imtiyaza sahib olacaqalar. Hələlik həmin məbləğin həcmi məlum olmasa da, tibbi sığorta ilə bağlı yeni layihəyə əsasən, həmin məbləğ əmək qabiliyyətli hər bir vətəndaş üçün 5-10 manat, işəgötürənlər üçünsə 10-12 manat olacaq. Əhalinin sosial baxımdan güzəştli kateqoriyası isə icbari sığorta haqqı ödəməkdən azad olunacaq. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, icbari tibbi sığortanın tətbiqi səhiyyə sistemində əsaslı dəyişikliyə səbəb olacaq. ELBRUS