Cəbrayıl ikinci yerdə


Baxıldı : 26

Tarix : 2017-11-10 21:23:19


Dağıstanın paytaxtı Mahaçqalada Pekin Olimpiadasının gümüş medalçısı Murad Qaydarovun şərəfinə sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir keçirilib.

Turniri digər yarışlardan fərqləndirən əsas cəhət idmançıların yalnız bir çəki dərəcəsində mübarizə aparmaları olub. Vaxtilə Murad Qaydarovun yüksək nəticələr qazandığı, 74 kiloqram çəki dərəcəsində yarışan yığmamızın kapitanı Cəbrayıl Həsənov finaladək üç görüş keçirib. İlk qarşılaşmasında alnından zədələnsə də, mübarizəni sonadək davam etdirib. Yarımfinalda Maqomed Xizriyevlə gərgin keçən görüş 12:12 hesablı bərabərliklə yekunlaşıb. Tətbiq etdiyi 4 xallıq fəndlə rəqibindən üstün olan C.Həsənov görüşü qalib başa vurub və finala yüksəlib.

Həlledici görüşdə Taciddin Akayevlə qarşılaşan güləşçimiz görüşün əvvəlində yenidən zədələnib. Bu dəfə ayağından zədə alan Cəbrayıl görüşü davam etdirə bilməyib və turniri ikinci sırada tamamlayıb.

Azər MUSTAFAYEV