Cəmiyyətimizin mənəvi dayağı


Baxıldı : 82

Tarix : 2020-03-14 17:36:34


Milli Arxiv İdarəsində   8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə qurumun rəhbəri Əsgər Rəsulov çıxış edərək Azərbaycan qadınlarının tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olduğuna diqqət çəkib. Xalqımızın əsrlərboyu təşəkkül tapmış zəngin milli-mədəni sərvətlərinin qorunmasında və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətlərini qeyd edib.

Ə.Rəsulov vurğulayıb ki, respublikamızın arxiv xidməti sahəsində çalışan əməkdaşların 82 faizini qadınlar təşkil edir. Onların əksəriyyəti həm İdarənin mərkəzi aparatında, həm də dövlət arxivlərində rəhbər və məsul vəzifələrdə çalışırlar.

O, rəhbərlik etdiyi qurumda çalışan xanımlarla yanaşı, ölkəmizin bütün xanımlarını 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Sonda Milli Arxiv İdarəsinin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi adından xanım əməkdaşlara gül dəstələri və xatirə hədiyyələri təqdim edilib.