Cəmiyyətin samboçuları fərqləniblər


Baxıldı : 131

Tarix : 2018-02-24 01:13:40


Şağan Olimpiya İdman Kompleksində sambo üzrə Azərbaycan birinciliyi və çempionatına yekun vurulub. Yeniyetmələr (2000-2002), gənclər (1998-1999) və kişilər arasında keçirilən yarışda 500-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.

“Zenit” İdman Cəmiyyətinin samboçuları ustalıq nümayiş etdirərək ümumilikdə 5 medala (2 qızıl, 2 gümüş, 1 bürünc) sahib olublar.

Yeniyetmələr arasında Abdulla Abdullayev (70 kq.) və Vüqar Ağcayev (75 kq.) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gənclərin yarışında Abdulla Abdullayev (68 kq.) və Vüqar Ağcayev (74 kq.) yalnız finalda rəqiblərinə uduzaraq ikinci sırada qərarlaşıblar.

Kişilər arasında təşkil olunan sambo üzrə Azərbaycan çempionatında isə Tural Allahverdiyev (62 kq.) üçüncü olub.

Məşqçi-müəllim Yaqub Abdullayev deyib ki, ardıcıl məşq prosesləri və nizam-intizam idmançılarımızın da yarışlarda fərqlənməsinə, mükafatlar qazanmasına zəmin yaradır.

Azər MUSTAFAYEV