Cəmiyyətin samboçusu birinci olub


Baxıldı : 55

Tarix : 2019-01-27 07:29:31


Abşeron Olimpiya İdman Kompleksində 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında sambo  üzrə Bakı şəhər birinciliyi keçirilib. Birincilikdə 10 çəki dərəcəsi üzrə 137 nəfər idmançı mübarizə aparıb. Yekun nəticələrə əsasən,  yarışın qalibləri arasında “Zenit” İdman Cəmiyyətinin yetirməsi Kənan Zeynallı da var. 48 kq. çəki dərəcəsində yarışa çıxan samboçumuz bütün rəqiblərini məğlub edərək bu ada layiq görülüb. 

I, II və III yeri tutmuş idmançılar diplom və xatirə hədiyyələri ilə təltif olunublar.